İran Tehranda baş verən terror hücuma görə Səudiyyə Ərəbistanını ittiham edir.
İslam İnqilabı Keçikçiləri Korpusunun yaydığı məlumata görə, İŞİD-in məsuliyyəti üzərinə götürməsi Səudiyyənin hücumda əlinin olmasını sübut edir.
Reuters-in məlumatına görə, İran ordu komandanının müavini də Səudiyyə Ərəbistanını terror aktında ittiham edib.
O bildirib ki, İran hakimiyyəti Tehrandakı hücuma görə terrorçulardan və onlara dəstək olanlardan qisas alacaq.
Xatırladaq ki, Tehrandakı hücum nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.
Fizzə
Oxunub: 526