Türkiyə parlamenti Ankaranın Qətərdəki hərbi bazada hərbçilərin sayının artırılmasına imkan verən qanun layihəsini təsdiqləyib. Bu barədə Anadolu agentliyi məlumat yayıb. Məlumata görə, Türkiyə Qətərə əlavə 5000 əsgər göndərəcək.
Parlamentə hələ may ayında təqdim edilən sənədin qəbulunun lehinə 240 parlament üzvü səs verib. Qanun layihəsi iki ölkə arasında koordinasiyanın yaxşılaşdırılmasına və Qətər Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin arırılmasına xidmət edir. İki ölkənin birgə hərbi təlim keçirəcəyi gözlənilir.
Fizzə
Oxunub: 984