İraqda hökumət və Kürdüstan muxtariyyətinin regional höküməti sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi barədə razılığa gəliblər.
Referendumun tarixi Ərbildə keçirilmiş toplantıda razılaşdırılıb.
Görüşə prezident Məsud Bərzani sədrlik edib.
İraqın mərkəzi höküməti kürdləri referendumu keçirməməyə çağırıb.
Qonşu İran, Türkiyə, Suriya və eləcə də ABŞ, tarixən müstəqillik əldə etməyə yönələn cəhdlərə etiraz ediblər.
Aprel ayında yüksəkvəzifəli kürd rəsmisi Hoşyar Zebari Reuters-ə bildirmişdi ki, referendumda “hə” səslərinin qalib gəlməsi müstəqilliyin mütləq sürətdə elan olunacağı demək olmayacaq.
Azadliq.info
Oxunub: 210