Ermənilər düşmən deyil? Bütün başqa xalqlar kimi, biz də ərazimizi işğal edən, insanlarımızı qətlə yetirən xalqı düşmən xalq, dövləti düşmən dövlət hesab etməli deyilikmi? Yaddaşımız, tarixi biliklərimiz zəif ola bilər. Ona görə də uzaq keçmişə, düşmənçiliyin köklərinə, vəhşiliyin miqyasına nəzər salmayaq. Son 27 ilin, bu müddətdə başımıza gətirilənlərin üzərində dayanaq. Bir milyon qaçqın, on minlərlə insan ölümü, 20 faiz ərazi itkisi, iqtisadiyyata vurulan on milyardlarla ziyan, hər gün qapıları döyən şəhid tabutları, başına güllə yağan, zəmilərinə od vurulan kəndlər, şəhərlər düşmən əməlinin nəticəsi deyilmi?
BMT, müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar ərazimizin işğal olunduğunu, on minlərlə günahsız vətəndaşımızın öldürüldüyünü, bir milyon vətəndaşımızın qaçqıan salındığını qətnamələrində, bəyanatlarında vurğulamırmı? Bu sənədlər Ermənistanın işğalçı, sivil dünyanın bütün prinsiplərini ayaqlar altına atan bir dövlət olduğunu sübuta yetirən faktlar deyilmi? Bu yanaşmalar Ermənistanın, ermənilərin Azərbaycana, azərbaycanlılara qarşı düşmən münasibətinin beynəlxlaq aləm tərəfindən təsdiqi deyilmi?
Hər gün düşmənin atdığı güllələri sayıb, onların çapını ölçüb, müharibə vəziyyətində olduğmuzu xalqa, beynəlxalq aləmə bəyan edən, bundan şəxsi maraqları naminə məharətlə yararlanan siz deyilsizmi? Silahlar susmursa, qan dayanmırsa, təxribatlar davam edirsə, adı ictimai, özü ictimaiyyətlə mübarizənin atributuna çevrilən İTV hər saat başı ermənilərin təcavüzündən dəm vurursa, demək, düşmənçilik davam edir.
Nəhayət, erməni düşmən deyilsə, niyə xalqın ən ləyaqətli övladlarını, apponentlərinizi “ermənipərəst” adı ilə həbs edir, damğa vurub gözdən salmağa çalışırsız? Kimi “Sarkisyanpərəstlikdə” ittiham edib həbsə atmısız? Kimi “Köçəryanpərəstlikdə” günahlandırıb gözdən salmısız? Yoxdur belə nümunə. Haqq deyən, qanun tələb edən, saxtakarlığa etiraz edən hər kəs sizə görə ucdantutma ermənipərəst, dəyirmana su daşıyan vətən xaini deyilmi? Təbii ki, bu ittihamlara özünüzdən başqa bir bəndəni inandırmaq gücündə deyilsiz. Amma bir şeyə qəti əminsiz. Əminsiz ki, azərbaycanlılara görə ən qatı cinayət, ən urvatsız əməl ermənipərəstlikdir. Demək, sizin bağlı qapılar arxasında nəyi necə ifadə etməyinizdən asılı olmayaraq, Azərbaycan xalqı öz düşmənini yaxşı tanıyır.
Doğrudur, humanist və bir az unutqan xalqıq. Amma heç kəs düşnməsin ki, Azərbaycan xalqını hazırkı vəziyyətlə barışdırmaq mümkün olacaq. Bunu 2016-cı ilin aprel hadisələri də təsdiq etdi. Bir il öncə məlum oldu ki, uzun illərin davamlı və məqsədyönlü anti-xalq siyasəti nəticəsiz qalıb, çəkilən əziyyət boşa gedib. O günlər təsdiq etdi ki, Azərbaycan xalqı işğalı durdurmağın yollarını yaxşı bilir və buna hazırdır.
Təbii ki, biz nə zamansa sülh, barış şəraitində yaşaya bilərik və yəqin ki, yaşayacağıq da. Amma bunun şərtlərini Azərbaycan hakimiyyəti yox, xalq özü müəyyənləşdirəcək. Hər küçəsindən, hər kəndindən, az qala hər evindən şəhid vermiş xalq.
Azad
Oxunub: 1166