Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.
Avtomobilin partlaması nəticəsində bir nəfər dünyasını dəyişib.
Yerli mətbuatın məlumatına görə, partlayış o qədər güclü olub ki, şəhərin hər yerində eşidilib. Ukrayna Daxili İşlər Nazirliyi mətbuat spikeri Artem Şevçenko hadisəni “terror hücumu” kimi dəyərləndirib. Şevçenko avtomobildə dünyasını dəyişən şəxsin Ukrayna Silahlı Qüvvələrinin hərbçisi olduğunu bildirib.
Hazırda hadisə yerində araşdırma aparıldığı qeyd edilir.
azadliq.info
Oxunub: 202