Ermәnistan 3 milyon insanın yaşadığı balaca vә monoetnik bir ölkәdir. Odur ki, Suriyadakı müharibәdәn qaçan minlәrlә qaçqının bir neçә il әvvәl gәlmәyә başladığını görmәmәk mümkün deyil. Ermәnistandan verilәn açıqlamaya görә 2011-ci ildәn bu tәrәfә 22 mindәn çox suriyalı Ermәnistana gәlib.
BMT-nin qaçqınlar üzrә komissiyası 2015-ci ildә Ermәnistanda hәr min nәfәrdәn 6-sının suriyalı qaçqından ibarәt olduğunu açıqlamışdı.
Xanım Babacanyanın yaydığı şәkillәrdә qaçqınların bәzilәri BMT-nin dә Azәrbaycanın bir parçası olaraq qәbul etdiyi, ancaq etnik ermәnilәr tәrәfindәn nәzarәt edilәn münqaişәli bölgә olan Dağlıq Qarabağda yaşamaq üçün problemlәrlә qarşı-qarşıya olduğunu göstәrir. Yerli idarәçilik ermәni әsilli olanları pulsuz mәnzillәrlә tәmin edib. Mәşğulluq imkanları çox zәifdir. Zorakılıq ehtimalları isә daima var.
azadliq.info
Oxunub: 100