Ötən il ən çox xam neft ixrac edən ölkə 375 milyon 300 min tonla Səudiyyə Ərəbistanı olub.
BP Dünya Enerji Statistikası Hesabatına görə, dünyada neft ticarəti keçən il əvvəlki ilə nisbətən təxminən 4 faiz artımla, 2 milyard 117 milyon 800 min tona çıxıb.
Səudiyyə Ərəbistanı neft ixracını ötən il əvvəlki illə müqayisədə təxminən 4,5 faiz artıraraq, 375 milyon 300 min tona qaldırıb. Beləliklə, Səudiyyə Ərəbistanı 2016-da dünyanın ən çox neft satan ölkəsi olub.
Qlobal neft ixracında Səudiyyə Ərəbistanının ardınca 274 milyon ton ilə Rusiya və 177 milyon 500 min ton ilə İraq gəlir.
2016-da ən çox neft idxal edən ölkə isə 393 milyon 300 min tonla ABŞ olub. ABŞ-ın ardınca, 382 milyon 600 min tonla Çin və 212 milyon 300 min ton ilə Hindistan gəlir.
NEFT HASİLATINDA DA LİDER SƏUDİYYƏ ƏRƏBİSTANIDIR
Ötən il dünyada ən çox neft hasilatı 585 milyon 700 min tonla Səudiyyə Ərəbistanda baş verib. Xam neft hasilatında Səudiyyə Ərəbistanının ardınca 554 milyon 300 min tonla Rusiya, 543 milyon ton ilə ABŞ gəlib.
Dünyada neft hasilatı keçən il bir əvvəlki illə müqayisədə 0,5 faiz artımla 4 milyard 382 milyon 400 min ton olub. Neft tələbi də 1,7 faiz artaraq 4 milyard 418 milyon 200 min tona yüksəlib.
Neft istehlakında 863 milyon 100 min ton ilə ABŞ birinci yeri tutub, Sonrakı yerləri 578 milyon 700 min ton ilə Çin və 212 milyon 700 min ton ilə Hindistan tutub. (marja.az)
Oxunub: 474