Bir çox ölkələrin şirkətləri virus hücumu barədə məlumat verir. Kiberhücumdan əziyyət çəkənlər arasında Britaniyanın WPP agentliyi də var. Onun IT-sistemi sıradan çıxıb.
Virus hücumundan daha çox Ukrayna şirkətləri zərər çəkib. Bir neçə nazirliyin, enerju şirkətinin və bankların, KİV, mobil operatorlar, iri yanacaqdoldurma şəbəkələrinin, Kiyevin Borispol hava limanının və Kiyev metrosunun kompüterləri virusdan ziyan çəkib.
Rusiyanın Rosneft və Başneft şirkətləri də virus hücuman məruz qalıb.
Ekspertlər güman edir ki, bu proqram ötən ay bütün dünyada minlərlə serveri sıradan çıxaran çıxaran Wannacry virusu gücündədir.
Fizzə
Oxunub: 174