Azadlıq Qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi, hazırda həbsdə olan Faiq Əmirlinin səhhətində yeni problem yaranıb. Belə ki, həyat yoldaşı Lalə Əmirlinin verdiyi məlumata görə, onun sol üz nahiyəsində keyimə əmələ gəlib. F.Əmirli həyat yoldaşına deyib ki, artıq 3 gündür bu problem yaranıb. Onlar iyunun 29-da görüşüblər.
L.Əmirli deyir ki, görüş zamanı özü də Faiqin sol üz nahiyəsinin tez-tez sanki dartıldığını və sol gözünün qıyıldığını hiss edib. Onun sözlərinə görə, F.Əmirli problemlə bağlı təcridxananın həkiminə müraciət edib. Ona problemin əsəbdən yarandığı deyilib. Daha dəqiq diaqnoz və müalicə yazılması üçün nevropatoloq müayinəsi təyin edilib.
Fizzə
Oxunub: 106