“Bu, siyasi məhbuslara da şamil olunacaq”
İşçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Məclisin prezidentin azadlığın məhdudlaşdırılmasıyla bağlı imzaladığı sərəncamı ratifikasiya edəcəyini deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, ağır cinayət törətməyən, cəzasının üçdə ikisini çəkmiş məhbuslar bundan sonra azadlığa çıxa biləcək.
N.Cəfəroğlu Azadlıq.info-ya açıqlamasında deyir ki, bu məsələ payızda gözlənilir. Belə ki, Milli Məclis bəzi maddələrə diqqət edəcək. Parlamentdə həmin qanun qəbul ediləndən sonra isə bu məsələ reallaşacaq. O, hazırda həbsdə olan siyasi məhbusların da azadlığa çıxacağını mümkün sayır:
“Onlar ağır cinayətlər törətməyib ki, həbsdə qalsınlar. Həmin şəxslərin işi yüngül sayılır. Ona görə də hesab edirəm ki, siyasi məhbusların hamısı azadlığa çıxacaq. Bu qanun onların hamısına şamil olunacaq”.
Hüquq müdafiəçisinin sözlərinə görə, bu addım həbsxanaların fəaliyyətinin yüngülləşdirilməsi məqsədilə atılacaq.
azadlıq.info
Oxunub: 722