Azərbaycanda benzinin qiyməti yenidən qaldırılıb. Tarif Şurasının qərarına əsasən, 92 markalı benzinin bir litri 90 qəpik müəyyən edilib.
İnformasiya sosial şəbəkələrdə və Bakı şəhərinin küçələrində ajiotaj doğurub. Yanacaqdoldurma stansiyalarında böyük növbələri müşahidə olunur.
Onu da qeyd edək ki, hazırda AI 92 markalı benzinin qiyməti 0,7 manat təşkil edir. Bundan əvvəl benzinin qiymətinin artması 2017-ci ilin yanvarında olub və benzinin idxal olunan markasına tətbiq edilib.
Oxunub: 966