Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda “Sultan-O” Məhdud Məsuliyyətlis Cəmiyyətinin direktoru S.Orucovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 2017-ci il 10 yanvar tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. İclasda cavabverən orqan qismində iştirak etməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə rəsmi bildiriş göndərilsə də, onun nümayəndəsi iclasda iştirak etməyib.
Azadliq.info
Oxunub: 214