Milli Məclisin deputatı, AŞPA monitorinq komitəsinin Serbiya üzrə həmməruzəçisi Səməd Seyidov Belqrada gedib. S.Seyidov Finlandiyadan olan digər həmməruzəçi Mariya Quzenina ilə birlikdə iyulun 18-dən 21-dək Serbiyada səfərdə olacaq.
Belqrad, Buyanovats və Preşevoya səfərləri çərçivəsində həmməruzəçilər Serbiyanın AŞPA qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi gedişini öyrənəcəklər.
Oxunub: 250