Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “Report” xəbər verir.
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov 11 il, Emin Məmmədov 10 il, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 5 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum olunub.
“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. Ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
“Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. O.Rüstəmov məhkəmə zalından azadlığa buraxılıb.
“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. S.Hümbətov məhkəmə zalından azadlığa buraxılıb.
“AzinTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.
“Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. B.Vəliyev məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyannın ödənilməsinə yönəldiləcək. M.Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib.
Oxunub: 510