Rusiyanın qucağına sığınıb, Qərbdən ədalət ummaq absurdluğu
Hakimiyyətin yürütdüyü xarici və daxili siyasətə nəzər saldıqda əsl mənzərə aydın görünür. Daxildəki imitasiya, yalan vədlər, tənəzzül yaradan addımlar xarici siyasətin də ana xəttini təşkil edir. Məsələn, sözdə Qərblə əməkdaşlığa meylli olduqlarını, demokratik dünyayala yaxşı əlaqələr qurduqlarını desələr də, əməldə bunun əksini görürük. Fürsət düşən kimi Amerikanı ikilistandartlarda, Avropanı qərəzli münasibətdə ittiham edirlər. Yəni, demokratik dünyanın bir parçası olmamaq, real islahatlar aparmamaq üçün Qərbin düşnmən olduğunu göstərmək istəyirlər. Amma həmişə hökumətin arqumentləri kövrək olur və dərhal sıradan çıxır.
Son günlər rəsmi təbliğat yenə də NATO-nun fəaliyyətinə “quş” qoymaq, ABŞ-ı qeyri-səmimilikdə günahlandırmaq üzərində qurulub
Hökumətin əsas təbliğat maşını kimi çıxış edən mətbuat orqanı yazır:
“Amerika Konqresi yaydığı xüsusi informasiyada Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi zərurətini də vurğulayıb. Maraqlıdır, Ağ Ev niyə Azərbaycanın adını yuxarıda vurğulanan kontekstlərdə çəkmir? Belə çıxır ki, sözdə demokratiya, reallıqda isə “ikili standartlar” siyasəti davam edir! Vaşinqton Azərbaycanın ərazi bütövlüyündən bəhs edirsə, onda Ermənistanla bağlı konkret mövqeyini də ifadə etməlidir. Bunu etmək istəmir, çünki ortada din faktoru var. İslamofobiya Qərb siyasi dairələrinin şüurunda getdikcə daha çox yer alır”.
Göründüyü kimi hökumət özünü həm islam təəssübkeşi, həm də Azərbaycan maraqlarının qoruyucusu kimi göstərməyə çalışır. Amma yuxarıda qeyd etdiyimiz kimi hökumətin qeyri-səmimi olduğunu bir neçə faktla darmadağın etmək mümkündür.
Əvvəla, ölkədə baş verənlər də göstərdi ki, ən böyük din düşməni bu hakimiyyətin özüdür. Dindarlara ən ağlagəlməz üsullarla işgəncə verilir, məscidlər sökülür, ölkədə hicab məhbusları var və.s
Azərbaycanın ərazibütövlüyünə gəlincə, NATO-dan tutmuş, Avropa Parlamentinə qədər bütün mötəbər qurumlar Azərbaycanın ərazibütövlüyünü tanıyıb.Amerikanın 20-dən artıq ştatında Xocalı soyqırımı tanınıb. Amma Azərbaycan hakimiyyəti ərazibütövlüyümüzü dəstəkləyənlərin deyil, ərazibütövlüyümüzü təhdid edRusiyanın qucağına sığınıb, Qərbdən ədalət ummaq absurdluğu
Hakimiyyətin yürütdüyü xarici və daxili siyasətə nəzər saldıqda əsl mənzərə aydın görünür. Daxildəki imitasiya, yalan vədlər, tənəzzül yaradan addımlar xarici siyasətin də ana xəttini təşkil edir. Məsələn, sözdə Qərblə əməkdaşlığa meylli olduqlarını, demokratik dünyayala yaxşı əlaqələr qurduqlarını desələr də, əməldə bunun əksini görürük. Fürsət düşən kimi Amerikanı ikilistandartlarda, Avropanı qərəzli münasibətdə ittiham edirlər. Yəni, demokratik dünyanın bir parçası olmamaq, real islahatlar aparmamaq üçün Qərbin düşnmən olduğunu göstərmək istəyirlər. Amma həmişə hökumətin arqumentləri kövrək olur və dərhal sıradan çıxır.
Son günlər rəsmi təbliğat yenə də NATO-nun fəaliyyətinə “quş” qoymaq, ABŞ-ı qeyri-səmimilikdə günahlandırmaq üzərində qurulub
Hökumətin əsas təbliğat maşını kimi çıxış edən mətbuat orqanı yazır:
“Amerika Konqresi yaydığı xüsusi informasiyada Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi zərurətini də vurğulayıb. Maraqlıdır, Ağ Ev niyə Azərbaycanın adını yuxarıda vurğulanan kontekstlərdə çəkmir? Belə çıxır ki, sözdə demokratiya, reallıqda isə “ikili standartlar” siyasəti davam edir! Vaşinqton Azərbaycanın ərazi bütövlüyündən bəhs edirsə, onda Ermənistanla bağlı konkret mövqeyini də ifadə etməlidir. Bunu etmək istəmir, çünki ortada din faktoru var. İslamofobiya Qərb siyasi dairələrinin şüurunda getdikcə daha çox yer alır”.
Göründüyü kimi hökumət özünü həm islam təəssübkeşi, həm də Azərbaycan maraqlarının qoruyucusu kimi göstərməyə çalışır. Amma yuxarıda qeyd etdiyimiz kimi hökumətin qeyri-səmimi olduğunu bir neçə faktla darmadağın etmək mümkündür.
Əvvəla, ölkədə baş verənlər də göstərdi ki, ən böyük din düşməni bu hakimiyyətin özüdür. Dindarlara ən ağlagəlməz üsullarla işgəncə verilir, məscidlər sökülür, ölkədə hicab məhbusları var və.s
Azərbaycanın ərazibütövlüyünə gəlincə, NATO-dan tutmuş, Avropa Parlamentinə qədər bütün mötəbər qurumlar Azərbaycanın ərazibütövlüyünü tanıyıb.Amerikanın 20-dən artıq ştatında Xocalı soyqırımı tanınıb. Amma Azərbaycan hakimiyyəti ərazibütövlüyümüzü dəstəkləyənlərin deyil, ərazibütövlüyümüzü təhdid edənlərin çadırına pənah aparıb. NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərdə iştirakdan imtina edib, Ermənistana atalıq edən Rusiyanın təlimlərində iştirak etməyə nə ad vermək olar? Aydın şəkildə görünür ki, hakimiyyət üçün Qarabağ deyil, şəxsi maraqların təmin olunması əsasdır. Hansıki, həmin təlimlərdə Ermənistan da iştirak etdi və bir daha öz hesabına xal yazdırdı. Gürcüstanın dəstəklənməsi bu ölkənin demokratik imiciylə bağlıdır. Əgər Ermənistan da demokratiya yolu tutsa, eyni münasibət ona da göstəriləcək. Yəni, bu məqamda xristian-müsəlman savaşı getmir. Azərbaycan demokratik idarəçiliyə start versə, ölkədə qanunun aliliyi təmin edilsə, demokratik dünya bunu qiymətləndirəcək.
Demək istəyirik ki, hakimiyyətin Qərbdən böyük jestlər umması, xoş sözlər gözlməsi absurddur. Bu qədər anti-Azərbaycan siyasətinin qarşılığında, Qərbin bu qədər aşağılandığı bir reallıqda Azərbaycanın ərazibütövlüyünün dəstəklənməsi özlüyündə böyük jestdir. Həm Ermənistanın sağ əli olan Rusiyanın xidmətində durub, həm də Amerikadan, Avropadan birmənalı dəstək ummaq həyasızlıqdı. Rusiyanın bütün ermənipərəstliyinə göz yumub, Amerikaya “Ermənistanı niyə söymürsən” təpkisi göstərmək, həqiqətən də analoqsuzluq kotiqoriyasına aiddir.
Nə qədər ki, hakimiyyət “demokratiyadan qaçış” planı üzərində işləyəcək, o zamana qədər də qonşularımız bizi üstələməyə davam edəcək. Qarabağ məsələsində də uduzmağa məhkum olacağıq. Hakimiyyəy hələ ki, oturduğu budağı kəsməklə məşğuldu. Balta öz əllərindədir, amma NATO-nu, ABŞ-ı ittiham edirlər. Gürcüstanı nümunə çəkərək etdikləri həmlə isə, tamam rüsvayçıdır. Hər il Azərbaycandan yüzminlərlə insanın Gürcüstana üz tutması da təsdiqləyir ki, əsas olan dövlətin necə idarə edilməsidir. Vətəndaşı ölkədən qaçaq salıb, dünyanı ikilstandartlarda ittiham etmək gülüş doğurur. Çünki, ən böyük ikilistandartlar istehsalçısı hakimiyyətin özüdür.
Samir
Oxunub: 896