Çinin Çjeszyan əyalətinin Xançjou şəhərində ilk internet məhkəmə açılıb.
İnternet məhkəmə onlayn ticarətdə dələduzluq halları, borc müqavilələri və internetdə müəllif hüquqlarının pozulması ilə bağlı materiallara baxacaq. Bütün prosedurlar məhkəmənin veb-saytı, dinləmələr və hökmün oxunması isə onlayn videotranslyasiya vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, şəhərin məhkəmə sistemi artıq kibercinayətlər üzrə bir çox işə baxıb və onların sayı getdikcə artır. 2013-cü ildə məhkəmə bu kimi 600 işə baxıb. Ötən il onların sayı 10 mini ötüb.
Oxunub: 60