Yazıçı Zümrüd Yağmur növbəti dəfə hədə və təhdidlərlə üzləşib.
Yazıçı feysbuk sәhifәsindә hәdә vә tәhdidlәrә cavab verib:
“Son dövrlər aldığım hədələrin əsas mesajı nə məsələdirsə, Gözəl xanmla bağlıdır. Ən çox da bir cümlənin müxtəif formada təkrarı diqqət çəkir. Məğzi də budur ki, aqibətim Gözəl Bayramlı kimi olacaqmış.
Hədənin mahiyyətini anlaya bilmədim.))) Axı aqibətimin Gözəl Bayramlı kimi olmasında nə qəbahət var ki, bununla da mənə hədə gəlirlər?
Bu ölkədə öz prinsiplərinə sadiq qalan az sayda insanlardan olan, tutduğu yoldan çəkinməyən, imitasiyalara yol verməyən, dürüst, sağlam duruşlu biri kimi Gözəl Bayramlının aqibətinin nəyi pisdir axı?
Əgər onun həbsini nəzərdə tutursunuzsa, vallah, belə bir ölkədə bundan gözəl aqibət yoxdu.))
Bu üzdən seçdiyiniz cümlələr yersizdir.
Mənə hədə gəlmək istəyirsəniz deyin ki, məsələn, aqibətiniz Bahar Muradova kimi olacaq. Belə desəniz, soz verirəm, qorxacam.))”
Oxunub: 232