Katalaniya polisi Barselona regionunda baş vermiş terror hücumu ilə əlaqədar dördüncü adamı yaxalayıb.
Polis Tvitterdə 14 adamın həlak olduğu hücumla bağlı həbs haqda məlumat verib, lakin təfərrüata varmayıb.
Polis hələ də həbsdə olan adamın qardaşını axtarır, lakin onlar həmin adamın hücumda istifadə edilən maşın sürücüsü olub-olmadığını bilmirlər.
“Biz Musa Oukəbiri axtarırıq, ancaq hazırkı anda biz onun maşının sürücüsü olduğunu bilmirik,” polis bildirib.
Musanın qardaşı Driss Oukəbir cümə axşamı Barselonadan 100 kilometr şimalda, Ripoll şəhərində həbs edilib.
Cümə axşamı Barselonanın izdihamlı mərkəzində bir maşını insanların üstünə sürərək, azı 12 nəfəri qətlə yetirdikdən və onlarla adamı yaraladıqdan sonra üç şəxs həbs edilib.
İkinci hücum bir neçə saat sonra Barselonanın cənubundakı Kambrils şəhərində baş verib. Burada avtomobil küçədə gedən piyadaların üzərinə sürülüb. Polis saxta partlayıcı kəmər geymiş beş hücumçunu öldürüb. Kambrils hücumunda 6 mülki vətəndaş yaralanıb.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən İŞİD qətliamın onun “əsgəri” tərəfindən törədildiyini bəyan edib.
Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ rəsmiləri İspaniyadakı terror hücumunu pisləyib.
Oxunub: 70