Bu, artıq rəsmidir – 2001-ci ildən Dövlət Neft Fonduna 129 milyard dollar neft gəliri daxil olub. Bu hələ Neft Fondu işə başlayandan bu yana olan rəqəmdir. Bu $129 milyard neft gəlirinin $90 milyardı xərclənib, cəmi $33.1 milyardı qalıb. Yəni qalan – Neft strategiyasında deyildiyi kimi, neft gəlirlərindən gələcək nəsillər üçün saxlanmalı olan 25 faizdir. Bu gün prezidentin “qənaət edib saxladığımız aktivlər” deyə qürrələndiyi həmin bu minimum 25 faizdir.
Halbuki 25 faiz çox aşağı həddir. Elə ölkələr var ki, neft gəlirlərindən istifadəni tamamilə dondurur və ya çox aşağı istifadə həddi təyin edirlər ki, gələcək nəsillərə də qalsın. Məsələn, dünyanın 5-ci ən böyük neft istehsalçısı olan Norveçdə hökumət neft gəlirilərnin 4 faizdən çoxunu xərcləyə bliməz.
Yadımdadır, lk dəfə Neft fondundan dövlət büdcəsinə transfer ediləndə onun həcmi 100 milyon dollar idi. Sonra onun həcmi ilbəil həndəsi silsilə artırıldı. 3 milyard, 5 milyad, 9 milyard, 12 milyard! Eyni ölkə büdcəsinə! Müharibə yox, gözlənilməz xərclər yox! Artıq köçürülən pulu ilin axırına silib qurtarmaq olmurdu, transferin gələn ilə olan həcmi isə yenə artırılırdı…
Bu gün neft gəlirlərinin 75 faizi tükənib, ölkə büdcəsinin 55-60 faizi isə hələ də neftdən asılıdır. Başlanıb və bitən neft bumumdan qazanan kiçik bir qrup oldu. Bu gün Norveçin neft fondu ölkənin Pensiya fondu adlanır və orda $819 milyard yığılıb qalıb. Hökumət keçən il ölkə tarixində ilk dəfə olaraq, ordan $781milyon çıxardı. Heç $1 milyard da etmir. Bu gün Norveçdə orta dövlət təqaüdü ayda 2760 AZN, Azərbaycanda isə dilənçi 177 manatdır.
Kaş biz də nefti Norveç tək ölkələr kimi demokratiyadan sonra tapardıq. Allah bizə daha heç bir təbii sərvət yox, demokratiya və ədalətli idarəçilik qismət etsin, çünki onsuz “neft sərvəti” də “neft lənəti” olur.
Sevinc Osmanqızı
Oxunub: 300