Prezident Vladimir Putin diplomat Anatoli Antonovu Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Bu barədə məlumat Kremlin rəsmi saytında yayılıb.
Antonova qədər ABŞ-da səfir vəzifəsini müvəqqəti olaraq Denis Qonçar icra edirdi.
Anatoli Antonova eyni zamanda Rusiyanın BMT-dəki (Vaşinqtonda) daimi müşahidəçisi vəzifəsi həvalə olunub. O bu vəzifədə Sergey Kislyakı əvəz edəcək.
Qeyd edək ki, A.Antonov səfir təyin olunana qədər Rusiya xarici işlər nazirinin müvini postunu tuturdu. O, XİN-də 1978-ci ildən işləyirdi. 2004-dən 2011-dək nazirlikdə təhlükəsizlik departamentinin rəhbəri olmuş, sonrakı 4 ildə Rusiya müdafiə nazirinin müavini postunu tutmuş, 2016-cı ildə isə XİN rəhbərinin müavini təyin edilmişdi.
Gültəkin
Oxunub: 168