İnquşetiyada qanunsuz əmək fəaliyyətinə görə 24 Azərbaycan vətəndaşı saxlanılıb.
“Report” İnquşetiya Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, pozuntular Nazranda aparılan yoxlamalar nəticəsində aşkar edilib.
Qanunu pozanların hamısı polis əməkdaşları tərəfindən saxlanılıb, məlumatlar bazasında yoxlanılıb. Onlar barəsində inzibati protokollar hazırlanıb. Sanksiyalara əsasən, saxlanılanlar sonradan Rusiyadan çıxarılmaqla 5 min rubla qədər cərimələnəcəklər. Tərtib edilən inzibati materiallar müvafiq prosessual qərarın qəbulu üçün Maqasski rayon məhkəməsinə verilib.
Əcnəbiləri qanunsuz şəkildə işə götürən tikinti şirkəti barəsində isə inzibati icraata başlanılıb.
Oxunub: 416