Hindistanını Ali Məhkəməsi verdiyi hökmlə vətəndaşların şəxsi və ailə həyatına habelə yazışma sirrinə müdaxilədən qorunmasının mühüm insan hüquqlarından biri olduğunu təsdiqləyib.
Hakimlər bu hüququn “həyat və azadlığı” müdafiə edən qanunların “təbii hissəsi” olduğunu deyiblər.
Hökmün nəhəng biometrik şəxsiyyət vəsiqəsi layihəsini böyük təsiri ola bilər. Layihə bu vəsiqələrin təqaüdlərin alınması, bank hesabların fəaliyyəti və vergi ödənilməsində mühüm rol oynamasını nəzərdə tutub.
Hüquq müdafiə təşkilatları şəxsiyyət vəsiqələri üçün toplanan şəxsi məlumatların sui-istifadə ediləcəyindən narahatdırlar. Lakin hökumət yeni şəxsiyyət vəsiqələri üçün vətəndaşların qeydiyyatdan keçməsini məcburi etmək istəyir.
Bu qərarın nəticəsi, Ali Məhkəmənin bundan əvvəl bu hüququ mühüm insan hüququ kimi tanımayan iki ayrı hökmündən tam əks mövqeyi nümayiş edir.
Ali Məhkəmənin doqquz hakiminin iştiraki ilə çıxarılan qərar bundan əvvəl bu məsələ ilə bağlı 1954-cü ildə hökmün yalnız səkkiz hakimin iştirakı ilə çıxarıldığına görə müzakirə edilib.
Məhkəmənin önündə, hökmə səbəb olan müraciətin müəllifi, vəkil Praşant Busan, məhkəmə qərarının “tarixi” olduğunu deyib.
Qərarın nəticəsində, o, hökumətin Aadhar şəxsiyyət vəsiqə layihəsinin qanuniliyinin bir daha nəzərdən keçiriləcəyini bildirib.
Dayaq mənasını daşıyan “Aadhar” layihəsi əvvəla korrupsiya ilə mübarizə çərçivəsində könüllü layihə olaraq başlayıb.
Lakin daha sonra təqaüdlərin alınması kimi vacib maddi fəaliyyətlərin həyata keçirilməsi üçün biometrik şəxsiyyət vəsiqələrinin əldə edilməsi məcburi edilib.
Son səkkiz il ərzində Hindistan hökuməti bir milyarddan çox sakinin barmaq izləri və göz qişasının şəkillərini toplayaraq yüksək təhlükəsizlik səviyyəsinə malik olan məlumat mərkəzinə yerləşdirib.
Oxunub: 632