Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın aparıcı sement istehsalçısı olan “Holcim (Azerbaijan)” ASC-dəki (Qaradağ Sement Zavodu) payını artırmaqdan imtina edib.
Məlumata görə, bununla bağlı qərarı Bankın Direktorlar Şurası qəbul edib. Lakin qərarın səbəbi açıqlanmayıb.
Xatırladaq ki, EBRD hazırda Zavodun səhmlərinin 10%-nə nəzarət edir. Bank ötən il Azərbaycan iqtisadiyyatına dəstək çərçivəsində payını 20%-ə çatdırmağa qərar verib. “Holcim (Azerbaijan)”ın səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.
2010-cu ildə yaradılmış səhmdar cəmiyyətinin nizamnamə kapitalı 31,813 mln. manatdır. Müəssisə 2015-ci ili 99 mln. manat, 2016-cı ili isə 27 mln. manat xalis zərərlə başa vurub.
Oxunub: 378