Əsabəli Mustafayev: “Üzeyir bəyin məhkəməyə qədər 61 saat həbsdə saxlanılması kimi açıq- aşkar pozuntuya qiymət verilmədi”
Bir neçə gün öncə 30 sutka həbs cəzası almış AXCP üzvü Üzeyir Abbasovun bugün məhkəmə prosesi keçirilib. Bu barədə vəkil Asabəli Mustafayev “facebook” səhifəsində yazıb:
“Sosial şəbəkədə fəallığına görə inzibati həbslə cəzalandırılmış AXCP üzvü Üzeyir Abbasovun işindən verdiyim apellyasiya şikayətinə bu gün Bakı Apellyasiya Məhkəməsində baxıldı. Verdiyim vəsatətlərə heç bir münasibət bildirmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanıldı.Hətta qanunun normalarına zidd olaraq, Üzeyir bəyin məhkəməyə qədər 61 saat həbsdə saxlanılması kimi açıq- aşkar pozuntuya qiymət verilmədi. Şikayətə bu formada baxılacağı gözlənilən idi. Sadəcə bizə bu mərhələni keçmək lazım idi. Prosesdən sonra mənimlə söhbətində Üzeyir bəy saxlanma şəraitindən müəyyən şikayətlər etdi. Belə ki, 2 nəfərlik yataq dəsti olan kamerada 4 nəfər cəza çəkir. Nəticədə çarpayıda növbə ilə yatırlar. Məntəqə əməkdaşları bunu cəzaçəkmə müəssəsində saxlanılanların normadan artıq olması ilə əsaslandırırlar. Bundan başqa, Üzeyir bəyə telefon danışıqları hüququndan tam istifadə etməyə imkan verilmir.Bu faktlarla bağlı mənim tərəfimdən müvafiq orqanlara müraciət olunacaqdır”.
azadliq.info
Oxunub: 126