Heç kimə sirr deyil ki, Azərbaycan hakimiyyəti “pulyuma əməliyyatı”nda rəqib tanımır. İstənilən dövlət qurumunun fəaliyyətinə nəzər saldıqda, talançılığın miqyası göz qamaşdırır. İndi isə məlum olur ki, dəftərxana ləvazimatları da korrupsiya əməliyyatları üçün münbit şərait yaradır.
Bu barədə Toğrul Vəliyev “facebook” səhifəsində yazıb.
“Sizcə kitab və jurnallara kim daha çox vəsait xərcləyir, “Azərişiq” ASC ya A.A. Bakıxanov adına Tarix İnstitutu? Misal üçün, bu ilin iyulunda “Azərişiq” ASC “müxtəlif blanklar, kitablar və jurnalların satınalması”na 485,7 min manat (bundan əlavə dəftərxana ləvazimatların alınmasına 475 min manat), Tarix İnstitutu isə “nəşr və çap işləri”nə 149,4 min manat xərcləyib”
Yəqin ki, artıq şərhə ehtiyac yoxdur. “Azərişıq”ın necə “işıq” saçdığı aydın görünür
Oxunub: 288