Lap bu yaxınlara qədər Hesablama palatası yoxlamaların nəticələrini saytında yerləşdirirdi. Son iki ayda aparılmış yoxlamalar barədə yalnız ümumu məlumatlar verilir. Məsələn, belə:
Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;
Dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə ayrılan vəsaitlərin istifadəsinə dair;
Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Mingəçevir Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair.
Sonuncu iclasda aparılmış auditin nəticələri haqqında isə heç bir konkret fakt göstərilmir. Belə təəssürat yaranır ki, Hesablama Palatasının apardığı auditlərin dərc olunması nəticəsində yeyintilərin aşkara çıxarılması geniş ictimai rezonans doğurduğundan onların dərci münasib hesab edilməyib. Daha doğrusu qadağan olunub. Hakimiyyət neqativ informasiyaların yayılmasının qarşısının alınması prinsipinə bu dəfə də sadiqliyini sübut etməyə üstünlük verib.
Oxunub: 484