2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 25 mln. 572,7 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 9,3% azdır.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-avqust aylarında respublikada 25 mln. 538,5 min ton əmtəə nefti (azalma 9,3%) hasil olunub.
Hesabat dövründə 18 mlrd. 769,1 mln. kubmetr qaz (azalma 6,4%) hasil olunub, əmtəə qazının hasilat həcmi isə 12 mlrd. 59,4 mln. kubmetr (azalma 4,1%) təşkil edib.
2016-cı ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 29,5 min ton, qaz hasilatı 29 mlrd. 331,3 mln. kubmetr təşkil etmişdi.
Energetika Nazilriyi 2017-ci ildə Azərbaycanda neft hasilatını 40 mln. ton, qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.
Oxunub: 184