Nardaran hadisələrindən sonra həbs edilmiş və barələrində məhkəmə hökmü olan şəxslərin daha bir neçəsi azadlığa buraxılıb.
Bununla bağlı Sabunçu Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib. Qərara əsasən, Nardaran hadisələrindən sonra əməliyyat saxlanılan 4 nəfər vaxtından əvvəl azadlığa buraxılıb. Buraxılan şəxslər Vidadi Alxasov, Hüseyn Nəbizadə, Ürfan Nəbizadə və Vasif Əliyevdir. Onlar Ədliyyə Nazirliyinin 16 və 17 saylı cəzaçəkmə müəssisələrindən vaxtından əvvəl azadlığa buraxılıblar.
Bir neçə gün əvvəl isə 14 nəfər çəkilməmiş cəzadan vaxtından əvvəl azad edilib.
Azadliq.info
Oxunub: 348