Azərbaycan hökuməti panikada 32 illik neft kontraktı imzalayıb. Mənfəət neftində Azərbaycanın payını 80 faizdən 75-ə düşürən yeni kontrakt üzrə razılaşma belədir ki, hökumət təcili 3.6 milyard dollarlıq bonus alır. On ildən də az müddət ərzində bu bonus qayratılmalı olacaq.
Panikanın səbəbi də elə budur, beynəlxalq borclarla bağlı ümidləri kəsilən hökumətə bu 3,6 milyard hava su kimi lazımdır.
Şərtlər Azərbaycanın xeyrinə deyil.
Azərbaycanın alacağı mənfəət neftində pay əvvəlki kontraktdan fərqli olaraq, 80 deyil, 75 faiz olacaq.
Mənfəət vergisi ilə bağlı vəziyyətin nə olacağı bəlli deyil. Əvvəlki kontraktda uzun müddət mənfəət vergisi ödənməmişdi.
SOCARın payı 11,65 faizdən 20-yə qaldırılıb, amma bu həm də xərclərdə iştirakın qalxması deməkdir. Üstəlik, SOCAR-dan büdcəyə fayda da yoxdur.
Amma bizim parlamentdə bu şərtləri sorğulayacaq deputat yoxdur.
Kontraktın imzalanması ilə Qərbdən insan haqları korrupsiya mövzusunda basqıların azalacağını gözləyənlər yanılırlar. Proses işə düşüb. Səngimə olmayacaq. İstənilən güzəşt Qərb dövlətlərinin də korrupsiyada iştirakı ilə bağlı şübhələri təsdiqləyəcək və beynəlxalq media bunu belə buraxmayacaq.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb
Oxunub: 2358