2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 43 milyard 713,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, 2016-сı ilin yanvar-avqust aylarına nisbətən ÜDM 1,1% azalıb.
ÜDM, yanvar-may aylarında 0,9%, Yanvar-iyul aylarında isə 1% azalmışdı.
8 ayda qeyri-neft ÜDM-i 2,4% artıb.
Əhalinin hər nəfərinə 4 498 manat ÜDM düşüb.
Qeyd etmək lazımdır ki, 2014-cü ildə adambaşlna düşən ÜDM 7 min dollar idi.Son məlumat göstərir ki, bu məbləğ 2645 dollar olub. Bu da ÜDM-də adambaşına azalmanın 62 faiz olduğunu göstərir.
Oxunub: 320