2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü əməliyyatdan sonra həbs olunan və terrorçuluq, kütləvi iğtişaşların təşkili, dövlət çevrilişinə cəhd kimi əməllərdə suçlanan daha 12 nəfərin məhkəməsi yekunlaşır. Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, «Nardaran işi-3» üzrə mühakimə olunan şəxslərə ümumilikdə 180 il həbs cəzası istəyib.
Prokuror deyib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib. O, təqsirləndirilən şəxslərdən ilahiyyatçı Zülfüqar Mikayılovun 18 il, Ruzi İsmayılovun 16 il, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov və Cabir Əliyevin hər birinin 15 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyadov və Elxan Həsənovun hər birinin isə 14 il azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası onlara sentyabrın 25-nə qədər vaxt verib.
Oxunub: 180