Rəsmi statistika Azərbaycanda xalçaçılığın iflas həddində olduğunu üzə çıxarıb.
Rəqəmlərdən məlum olur ki, istehsal olunan xalçaların böyük bir qismi evləri yox, anbarları isidir.
Belə ki, 2015-ci ildə anbarlarda 220 kv.metr xalça qalıb. 2016-da satış üçün 167 kv.metr xalça istehsal edilsə də, həmin ilin sonlarında anbardakı xalçaların kv.metri 389-a yüksəlib.
Bu ilin birinci yarısında satışa 433,6 kv.metr xalça çıxarılıb. Anbardakı ehtiyat isə 1149,5 kv.m.-ə çatıb.
Bu o deməkdir ki, istehsal 2,3 dəfə, anbarlardakı ehtiyat isə 3 dəfə artıb.
azadlıq.info
Oxunub: 310