Bakı Şəhəri Nərimanov rayonu Firdovsi Məmmədov küçəsi ev 9, mənzil 5 ünvanında müfəqqəti yaşayan Nəbiyeva Rəfiqə Hacıbala qızı redaksiyamıza müraciət edib. Səhiyyə sistemindəki qanunsuzluqların və bacarıqsız kadrların səhvi ucbatından əlinin şikəst olmasından şikayətlənib.
Şikayətçi bildirib ki, 2014-cü ilin avqust ayının 16-da təsadüf nəticəsində yıxılaraq sol əlinin orta barbağı zədələnib. Yaxınlıqdakı 4 saylı Şəhər Polikilinikasına müraciət edib. Orada onu müalicə edən həkim Azad Hüseynovun içkili vəziyyətdə (şikayətçinin iddiasına görə) iynə vurarkən sinirlərin zədələnməsi nəticəsində 4 və 5-ci barmaqlar da iş qabiliyyətini itirib.
Bundan sonra həkimdən şikayətçi olan Rəfiqə Nəbiyeva müfafiq aidiyyatı qurumlara müraciət edib. Şikayəti təmin olunmadığından məhkəməyə üz tutub. Məhkəmə gedişatı zamanı həkim 2000 manat müqabilində barışıq təklif edib. Rəfiqə Nəbiyeva isə bununla razılaşmayıb. Nəticədə Nərimanov rayon məhkəməsinə üz tutub. Məhkəmə isə 2000 manat məbləğində kompensasiya qərarı verib. Apellyasiya məhkəməsi isə yenidən ekspertiza təyin edərək, həkimin günahının olmaması barədə rəy alaraq birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Ali Məhkəmə isə kasasasiya şikayətini təmin edib işi yenidən Bakı Apellyasiya məhkəməsinə qaytarıb. Sonuncu isə yenidən ekspertiza keçirilməsi barədə qərardad çıxarıb. “İş hazırda “Məhkəmə Ekspertiza və Patoloji Anatomiya” Elmi Təcrübə və Tədris Birliyində Hafiz Kazımovun icraatındadır. Mən həkim ekspertin və şöbə müdiri Fəxrəddin Abbasovun qəbulunda olsam da ekpert rəyinin verilməsini yubadırlar. Direktor Ədalət Həsənovun isə qəbuluna düşmək olmur. Məsələ ilə bağlı Səhiiyə Nazirliyinə teleqram da vurmuşam. İndi demək olar ki iş qabiliyyətimi tamam itirmişəm. Türkiyədə Ankara şəhərindəki klinikada barmaqlarımın məhz iynənin nəticəsində zədələnməsi təsdiqlənib. Amma ekspertlər bunu rəydə nəzərə almağa çəkinirlər”,- deyə Rəfiqə Nəbiyeva bildirib.
Sonda şikayətçi aidiyyatı qurumlardan məsələnin müsbət həll edilməsi üçün tədbir görmələrini xahiş edib.
Məsələ ilə bağlı Səhiyyə nazirliyi ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Azadliq.info
Oxunub: 248