Hədislərdə rəvayət olunurdu ki, bir gün zamanın imam Mehdisi zühur edəcək. İnananlar da vardı, inanmayanlar da… 2016-cı ilin iyunun 10-da Mehdi Zaman yox, Mehdi Səlimzadə Göyçay rayonunda zühur etdi. Əvvəlcə insanlar çox sevinirdi. Çünki, o vaxtının çoxunu məscidlərdə keçirirdi. Amma çox çəkmədi ki, icra başçısı Mehdi Səlimzadənin imam yox, yəzid olduğu hər kəsə məlum oldu və Göyçayın qara günləri başladı. O xoşuna gəlməyən, pul verməyən idarə müdirlərini digərlərindən külli miqdarda rüşvət alaraq əvəzlədi. Bu da azmış kimi Göyçay Rayon İcra Hakimiyyətinin şəhər üzrə Ərazi İnzibati nümayəndəsini 3 dəfə dəyişdirdi. Çünki, təyin olunanlar talan etməyi lazımınca bacarmadılar və tələb olunan pulu vermədilər… Hələ bu harasıdır? Çox mərtəbəli binaların təmirinə və işçilərə ödəniləcək 1 milyona yaxın vəsait talan edildi. Prezidentin sərəncamı əsasında Mənzil İstismar İdarəsinə və Sanitar Təmizlik İdarəsinin işçilərinə ayrılan pullar hər ay manatına qədər M. Səlimzadəyə verilir. Həmçinin onun büdcə təşkilatlarından – Səhiyyə, Təhsil, qeyri idarə müəssisələrindən, suvarma sistemləri idarəsindən hər ay üçün aldığı 100 min manat onun gözünü tamamilə tutub. Rayonda quruyan yüzlərlə çinar və digər qiymətli ağacları, işləməyən biabırçı fantanları görə bilmir. “Sabir bağı” xarabaya bənzəyir, “Əli Kərim parkı” guya ki, 1 ildir təmirə dayanıb. Başı qarışıb qara işlərə… Qanunsuz olaraq satdığı obyekt yerlərinin isə sayı hesabı bilinmir. Onun ətrafında olan dələduz dəstə də rayonda əhaliyə qan uddurur. M. Səlimzadə onlara tapşırıq verib ki, hər gün haradan olursa olsun pul yığılıb gətirilsin. Bir sözlə rayonda bütün idarələrə haqq qoyulub, aşkar rüşvət və korrupsiya baş alıb gedir. Haqq verməkdən boyun qaçıran idarə müdirləri dərhal şərlənir. Son vaxtlar Göyçay şəhərinin küçələrində 16 saat təmizlik işləri aparılır. Buna səbəb icra başçısının STİ-nin rəisi Loğmn Əliyevlə pis münasibəti və ciddi iş tələb etməsidir. Küçələrin təmiz və səliqəli olması yenə də M. Səlimzadəni razı salmır, elə hey tələb edir ki, abonentlərdən toplanmış pulları gətir qoy stolun üstünə! Hansıki, STİ-nin 50-dən çox işçinin əmək haqqı kartları icra hakimiyyətindədir və həmin pulları hər ay icra başçısına yaxın adamlar bankomatlardan çəkirlər. L. Əliyevin yerini Rövşən Mütəllibova söz verən M. Səlimzadə artıq L. Əliyevi ciddi sıxma-boğmaya salıb. Bir müddət əvvəl də icra başçısı çox çalışdı ki, L. Əliyevi öz oğlanlarının əli ilə həbsə atdırsın, amma alınmadı.
Cənab Prezident, sizdən xahiş edirəm ki, özünü imam hesab edən, amma sizin adınızdan istifadə edərək cəlladlıq edən M. Səlimzadə barəsində tədbirlər görəsiniz. Əks halda Göyçay rayonunda 117 min əhali və bütün nə varsa məhv olacaq!
Göyçay sakini Əhliman Əliyev
Oxunub: 778