“Xalq Bank” 2017-ci ilin 7 ayını 12 milyon 633 min manat xalis mənfət ilə başa vurub. Halbuki, Bank bu ilin 6 ayında 5 milyon 171 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, aylıq müqayisədə Bankın xalis mənfəəti artıb.
Bankın hesabatlarına əsasən, Bank ilk 6 ayda 24 milyon 650 min manat əməliyyat mənfətinin 19 milyon 487 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı. 7 ayın yekununda isə 29 milyon 404 min manat əməliyyat mənfətinin 16 milyon 798 min manatı ehtiyatlara ayırılıb. Qısası, Bank İyulda ehtiyatların bir hissəsini xalis mənfəətə əlavə edib və nəticədə də Bankın xalis mənfəəti artıb.
“Xalq Bank” 2016-cı ilin 7 ayı ərzində 34 milyon 242 min manat əməliyyat mənfəətinin 29 milyon 201 min manatını ehtimal olunan zərərlərə görə ehtiyatlara ayırmış və 5 milyon 91 min manat xalis mənfəət əldə etmişdi.
7 ayda “Xalq Bank”ın faiz gəlirləri 58 milyon 869 min manat, faiz xərcləri 16 milyon 17 min manat, qeyri-faiz gəlirləri 6 milyon 801 min manat, qeyri-faiz xərcləri isə 20 milyon 250 min manat təşkil edib.
Ötən ilin yanvar-iyul dövründə Bankın faiz gəlirləri 61 milyon 427 min manat, qeyri faiz gəlirləri 14 milyon 200 min manat təşkil etmişdi. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə bu il bankın gəlirləri və əməliyyat mənfəəti xeyli azalıb.
31 İyul 2017-ci il tarixində “Xalq Bank” 1 milyard 802 milyon 870 min manat aktivlərə, 1 milyard 550 milyon 49 min manat öhdəliklərə və 252 milyon 820 min manat cəmi balans kapitalına malik olub.
“Xalq Bank” 31 İyul 2016-cı il tarixində 1 milyard 758 milyon 981 min manat cəmi aktivlərə, 1 milyard 524 milyon 33 min manat cəmi öhdəliklərə və 234 milyon 947 min manat cəmi balans kapitalına malik idi.
Bankın kredit portfeli 1 milyard 431 milyon 670 min manatdan 1 milyard 283 min 971 min manata düşüb. Nəticədə də “Xalq Bank” gəlir formalaşdırmaqda çətinlik çəkir.
Oxunub: 374