AXCP sədrinin müavini Gözəl Bayramlı Kürdəxanı təcridxanasından 23 sentyabr mitinqi ilə bağlı xalqa çağırış edib:
“Əziz dostlar, hamınızı Kürdəxanıdan salamlayıram. Bu dəfə Milli Şuranın 23 sentyabra təyin etdiyi etiraz mitinqinə qatıla bilmədiyimə görə dərin təəssüf hissi keçirirəm. Nə etmək, hərəmizin taleyinə bir cinahda mübarizə aparmaq düşüb. Demokratik qüvvələrin mübarizə mərkəzi olan Milli Şuranın və onun əsas hərəkətverici qüvvəsi olan AXCP-nin mitinqini dəstəkləyirəm. Ölkədə qanunun şah olmasını istəyən, gözəl gələcək arzusu olan hər kəsi 23 sentyabrda “Məhsul” stadionunda keçiriləcək mitinqə qoşulmağa çağırıram. Yaşasın zülmə susmayan mübarizə adamları, yaşasın demokratiya! Bizim azad Azərbaycan arzumuz mütləq qalib gələcək!”
Oxunub: 372