ABŞ Konqresinin Helsinki Komissiyası oktyabrın 3-də “Oğru rejimlərlə mübarizə” mövzusunda dinləmə keçirəcək.
Helsinki Komissiyasının dinləmə ilə bağlı yaydığı press-relizde deyilir:
“Bir tərəfdə qanunun aliliyinə hörmət edən demokratik hökumətlər, digər tərəfdə cəzasız oğurlayan və qanunun aliliyinə ikrahla yanaşan avtoritar rejimlər.
Təəssüf ki, birincilər ikinciləri oğurladıqları sərvətlərinə təhlükəsiz cənnət imkanı yaratmaqla gücləndirir.
Bu çirkli pullar yuyularaq cinayətlərin və terrorizmin maliyyələşməsi, ictimai institutların korrupsiyaya yoluxdurulması və cinayətkarların dəbdəbəli həyatını təmin etmək məqsədilə istifadə olunur.
ATƏT, QHT-lər və milli hökumətlər şəffaflığın qlobal korrupsiya ilə mübarizədə ən effektli yol olduğunu dəfələrlə vurğulayıblar.
Bu dinləmə Avropaya avtoritar təsir vektoru olan korrupsiyaya münasibətdə şəffaflığın nə dərəcədə uğurla olmasına qiymət verəcək”.
Oxunub: 766