ATV-nin keçmiş prezidenti nələrə sahibmiş
Bugünlərdə vəzifəsindən uzaqlaşdırılan ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının malik olduğu əmlakın siyahısı yayılıb.
Ölkə.az saytının yaydığı siyahıda Vüqar Qaradağlının ATV prezidenti təyin edildikdən sonra əldə etdiyi varidatın bir hissəsi açıqlanıb.
Siyahıda göstərilir:
1. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi, ev 518. Üçmərtəbəli villa;
2. Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. “Neo MMC”dən 4 otaqlı mənzil;
3. Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28;
4. Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil;
5. Quba rayonunda üçmərtəbəli villa;
6. Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər “ATV-nin villaları” adıyla tanıyır);
7. Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri – Nyu-Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V. Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır;
8. Türkiyədə, Quş adası istirahət bölgəsində ev;
9. Bodrumda mənzil;
10. Antalyada ikiotaqlı mənzil;
11. İstanbulda “Molos İstanbul” adlanan kompleksdə mənzil (Bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır);
12. Bayraq Meydanının yaxınlığında “Panorama” restoranı (qayını Rauf Dadaşovla şərik);
13. Ən son model 2 ədəd “Audi” markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, “Audi”lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı “… – 241”-dir.
14. İki ədəd son model “Lexus” avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir.
15. Bir ədəd “Nissan patrol”. Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.
16. “Mercedes S Class”
Ölkə.az onu da qeyd edib ki, V. Qaradağlı bu posta təyin edilərkən ATV-yə “Rent a car”dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan “Nissan Patfhinder” markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub.
Oxunub: 1566