ABŞ Konqresinin Xarici İşlər Komitəsinə sentyabrın 26-da təqdim olunan layihədə Azərbaycanda insan haqlarını pozan rəsmilərin cəzalandırılması, Qlobal Magnitsky İnsan Haqları Cavabdehliyi qanununun tətbiq olunması təklif olunur.
Respublikaçı Chris Smithin və demokrat Jim McGovernin təklif elədiyi layihədə konkret nələr deyilir?
Əvvəlcə Azərbaycandakı vəziyyət barədə qeyd olunur ki,
“Azərbaycan ATƏT üzvü olan ölkə kimi azad və ədalətli seçki standartları üzərində işləmək öhdəliyi götürüb, ancaq 1992-ci ildən bəri Azərbaycanda keçirilən seçkilərin heç biri ATƏT-in minimal standartlarına cavab verməyib”,
“İnsan haqları üzrəQHT-lərin koalisiyası 2017-ci ilin avqustunda Azərbaycanda 158 siyasi məhbus qeydə alıb”,
“2017-ci il sentyabrın 1-nə həbsdə olan vicdan məhbuslarının sayı 90-dan çox idi”.
ABŞ-ın bütün bunlarla bağlı nə edə biləcəyi barədə layihədə deyilir ki,
“Magnitsky Aktı ABŞ hökumətinə insan haqlarını pozan rəsmilərə viza verilməsini dayandırmaq və onların ABŞ-dakı aktivlərini dondurmaq icazəsi verir”.
Bütün bunlardan sonra təklif olunur ki, Konqres
“ABŞ hökumətini Azərbaycan hökumətinin insan haqlarını pozmasına xüsusi diqqət yetirməyə çağırır”,
“Azərbaycan hökumətini bütün siyasi məhbusları və vicdan məhbuslarınıə dərhal azad etməyə, onların sənədlərini bərpa etməyə, səfərlərinə bütün qadağaları götürməyə, onların təqib olunmasını dayandırmağa, siyasi çıxışlar edənlərin qorxudulmasını və onlarla qəddar rəftarı dayandırmağa çağırır”,
“ABŞ hökumətini təkidlə çağırır ki,kəşfiyyat mənbələrindən, diplomatik və açıq mənbələrdən, QHT-lərdən olan məlumatları diqqətlə təhlil eləsinlər və Azərbaycanda insan haqlarını və dini azadlıqları pozan Azərbaycan rəsmilərinin səfərlərinə və maliyyə vəsaitlərinə məhdudiyyətlər qoyulsun”.
Oxunub: 1014