ABŞ prezidenti Donald Tramp Rusiya, Şimali Koreya və İrana qarşı sanksiyaların tətbiq edilməsi üzrə ölkəsinin rəsmi şəxsləri arasında səlahiyyət bölgüsü aparıb.
ABŞ prezidenti bununla bağlı memorandum imzalayıb.
Memoranduma əsasən, Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını dövlət katibi Reks Tillerson əlaqələndirəcək.
Dövlət katibinə Ukraynadakı münaqişəyə görə ABŞ-ın keçmiş prezidenti Baraka Obama administrasiyası tərəfindən tətbiq edilən sanksiyaların daha da gücləndirilməsi istiqamətində çalışmaq tapşırılıb.
Dövlət Departamentinin rəhbəri Rusiya hökumət orqanları adından fəaliyyət göstərən şəxslərə, demokratik institutların təmsilçilərinə və ya ABŞ hökumətinin kibertəhlükəsizliyinə ziyan vuranlara viza verməkdən imtina barədə qərar qəbul etmək səlahiyyəti də olacaq.
Oxunub: 404