“Dağlıq Qarabağa qanunsuz səfər edənlər düşmən əməllərinə xidmət göstərirlər”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Yenicag.az-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması üçün görülən bütün səylərə dəstək verir.
Səfir qeyd edib ki, bu günlərdə Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarının addımı yolverilməzdir və dövlətin siyasətinə ziddir:
“Türkiyə hər zaman Azərbaycanın yanındadır. Qarabağ mövzusunda da bizim mövqeyimiz qətidir. Ermənistan üzərindən Azərbaycanın işğal olunmuş bölgələrinə səfər edən Türkiyə vətəndaşları özbaşına hərəkət ediblər. Təəssüf ki, onlar bu addımları ilə düşmənə xidmət göstəriblər”.
Oxunub: 232