Ana Vətən PArtiyasının sədri, deputat Fəzail Ağamalının oğlu Bakının Nəsimi rayonu ərazisində avto-qəza törədərək, bir nəfəri vurub. Bu barədə report.az məlumat yayıb.
Məlumatda deyilir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi “Cip” markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
Qəzanı və qəza törədən şəxsin Yalçın Fəzail oğlu Ağamalı olduğunu axar.az-a Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən də təsdiqləyiblər. Lakin onun məhz deputat Fəzail Ağamalının oğlu olub-olmadığını bilmədiklərini əlavə ediblər.
1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) isə bildirilib ki, yaralı Nurullayev Qərib Şakir oğlu hazırda palatadadır və vəziyyəti yaxşıdır.
Ana Vətən Partiyasının mətbuat xidməti isə Fəzail Ağamalının oğlu Yalçının artıq 15 gündür Türkiyədə olduğunu bildirib və məlumatı təkzib edib.
Oxunub: 840