ABŞ-ın müdafiə naziri Amerikanın İranla əldə edilən nüvə razılığında qalmasının vacibliyini vurğulayıb.
Çim Mattis bunu prezident Trampın razılığı kəskin tənqid atəşinə tutmasına baxmayaraq söyləyib.
O deyib ki, biz İranın razılığa sadiq qaldığından əmin olmalıyıq. Nazir bunun ABŞ-ın maraqlarına xidmət etdiyini bildirib.
Senatın Silahlıq Qüvvələr Komitəsində danışan Mattis deyib ki, indiki vəziyyətdə prezident bunun ziddiyətə yol açacağını düşünməlidir.
Donald Tramp Milli Təhlükəsizlik Şurasına İranın nüvə proqramı ilə bağlı beynəlxalq sazişi nəzərdən keçirməyə və bu ölkəyə qarşı qoyulan sanksiyaların ləğvinin ABŞ-ın milli təhlükəsizlik maraqlarına təsirini qiymətləndirməsinə dair göstəriş verib.
Avqustun əvvəlində ABŞ Konqresi İranın raket proqramına sanksiya qoyulması haqda qanun qəbul edib. Prezident Tramp qanunu imzalayıb.
İran onun raket proqramının BMT qətnaməsinə zidd olduğunu qəbul etmir.
Birləşmiş Ştatların İrana qarşı kəskin iqtisadi sanksiyaların tətbiq edilməsinə yol açan beynəlxalq səylər İranın qlobal neft bazarlarına çıxışını məhdudlaşdırıb.
Sanksiyalar İslam rejiminin nüvə silahı əldə etməsi səylərini əngəlləmək mahiyyəti daşıyır.
Avropa hökumətlərinin lobbiciliyini gücləndirməsini istəyən İran rəsmiləri, xüsuslə də razılığın əldə edilməsinə yardım edən Fransa, Britaniya və Almaniyanın Tramp administrasiyasının sazişdən çıxmamasına təsir göstərəcəyinə ümid edir.
Tehran Avropa hökumətlərini Vaşinqtonun yeni sanksiyalarına dəstək verməməyə çağırıb.
Oxunub: 44