31 Avqust 2017-ci il tarixinə bank sektorunun müştərilərə verdiyi kreditlər 11 milyard 907 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə Avqust ayı ilə müqayisədə müştərilərə verilmiş kreditlər 486 milyon manat azdır.
31 İyul 2017-ci il tarixində bankların müştərilərə verdikləri kreditlər 12 milyard 393 milyon manat təşkil edib.
Müştərilərə verilmiş kreditlər 2016-cı ilin sonunda 15 milyard 938 milyon manat təşkil etmişdi.
İlin əvvəlindən bəri müştərilərə verilmiş kreditlər 4 milyard 31 milyon manat azalıb.
Kreditlərə təlabat azaldığından bir çox bankların gəlirləri geriləyib. Əksər banklar gəlir formalaşdırmaqda çətinlik çəkdiklərindən qarşıdakı dövrlərdə zərər edə və buna görə kapitallarının bir hissəsini itirə bilərlər.
Azadliq.info
Oxunub: 96