Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə Gözəl Bayramlı barəsindəki həbs qətimkan tədbirinin artırılması barədə baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatına və müstəntiqin eyni məzmunlu vəsatətinə baxılıb və həbs müddəti daha 2 ay artırılıb.
Prosesdən sonra mediaya açıqlamasında vəkil Elçin Sadıqov bu qərardan apelyasiya şikayəti verəcəklərini deyib. Eyni zamanda bildirib ki, Gözəl Bayramlının səhhətində problemlər var. “Son günlər soyuqlayıb, əhvalı yaxşı deyil. Bundan başqa, telefon danışıqlarına yenə problemlər yaradılır”- deyə vəkil vurğulayıb.
Oxunub: 268