Əhalinin ən aşağı gəlirli 10 faizinin aylıq adambaşına gəliri 1 manat 50 qəpik, ən çox qazanan 10 faizinin aylıq gəliri isə 51 manat 70 qəpik artıb.
Bu haqda Dövlət Statistika Komitəsinin (DSK) 2016-cı ildə əhalinin istehlak büdcəsinə dair hesabatında deyilir.
DSK-ya görə, 2016-cı ildə əhalinin sərəncamında qalan vəsaitlərin orta aylıq məbləği 257 manat 84 qəpik, əvvəlki ildəkindən 7,2 faiz çox olub. Buraya ödənilən vergilər, sosial sığorta və müxtəlif təşkilatlara üzvlük haqları daxil deyil. Gəlirin 1/3-i əmək haqqından, 25,9 faizi sahibkarlıq fəaliyyətindən əldə olunan vəsaitlərdir. Kənd təsərrüfatı məhsullarının satışından gəlirin payı 13,2 faizidir. Gəlirin təxminən bir o qədəri də (13,faiz) pensiyanın payına düşür. Azərbaycandan kənarda yaşayanların yaxınlarına göndərdikləri pul baratlarının gəlirlərdəki xüsusi çəkisi 2015-ci ildəki səviyyədə (2,6%) qalıb.
Oxunub: 180