“Soyuq müharibədən sonrakı dövr dəyərlərin və kapitalın çoxtərəfli axını ilə xarakterizə olunur. Bu müddət ərzində biz müxtəlif ölkələrin öz qaydalarını Qərb dünyasında qəbul etdirmək, demokratiyamızı sarsıtmaq üçün ciddi səylərinin şahidi olmuşuq. Azərbaycan, Rusiya, Qazaxıstan, Çin və digər ölkələrdə olan oğru rejimlər bizə korrupsiyanı ixrac etməyə çalışmaqla məşğuldurlar. Onların bizə korrupsiyanı ixrac etməkdən məqsədi maraqları tələb edən məsələləri həll etməkdir”.
Bu fikirlər ABŞ-da Con Hadson Universitetinin təşəbbüsü ilə keçiriləcək müzakirələr barədə mətbuat bildirişində yer alıb. Müzakirə “oğru rejimlərin Qərb demokratiyasını sarsıtmaq üçün korrupsiyanı ixrac etməsi və bu tendensiyanın qarşısının alınması yolları” mövzusunda olacaq. Tədbir oktyabrın 11-də Vaşingtonda keçiriləcək.
Tədbirin məruzəçiləri arasında Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Devid Kremer və Riçard Kozlariç də olacaq.
Oxunub: 692