Oktyabr ayının 02-dən etibarən Nia.az saytının fəaliyyəti heç bir səbəb göstərilmədən, əsasız yerə məhdudlaşdırılıb. Nia.az saytı hazırda saytın bloklanmasının aradan götürülməsi istiqamətində çalışmalarını davam etdirməklə yanaşı bəyan edir ki, sayta girişin məhdudlaşdırılmasında bilavasitə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev rolu vardır.Dövlət Neft Şirkətində onlarla qohumuna vəzifə verən və yüzlərlə yerlisini və yaxınlarını işə düzəldən SOCAR prezidenti Rövnəq Abdullayevin yarıtmaz fəaliyyəti ilə bağlı xəbər portallarında bir yazı yayılan kimi, həmin saytlara haker hücumu təşkil olunur.Nia.az saytında onun barəsində gedən tənqidi yazılara görə, dəfələrlə nia.az saytına öz xakerləri vasitəsilə DDOS hücum təşkil etdirərək, saytın işləməsinə əngəl törətmişdir.
Nia.az olaraq sonuncu yazımızda Rövnəq müəllimin barəsində “Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur.” Başlıqlı yazı dərc etmişdik.Görünən odur ki, Rövnəq Abdullayev bundan bərk qəzəblənib və saytımızın girişinə birdəfəlik qadağa qoydurub.
Bu gün məmur özbaşınalığından yazılar dərc edib, ictimailəşdirən KİV-rə saytlara qarşı təzyiqlərə son qoyulmalıdır.
Məmurların bu vaxta qədər müstəqil media qurumlarının vebsaytlarının bloklanması, mətbuat azadlığının boğulması istiqamətində atdığı addımlar, ölkədə söz azadlığına qarşı basqılar kimi qiymətləndirilməlidir.
Ölkədə cəzasızlıq hökm sürdüyü müddətcə məmur özbaşınalığı davam edəcək”
“Azərbaycanda məmur və oliqarxların özbaşınalığı bitib tükənmir. Bu məsələ dəfələrlə ən yüksək postlarda oturan şəxslər tərəfindən də etiraf edilib. Amma yenə da bu özbaşınalıq davam edir. Məmurların övladları, yaxınları, oliqarx, iş adamı adlandırılan insanlar ölkədə ağlagəlməz özbaşınalıq edirlər. Dəfələrlə deyilməsinə baxmayaraq, bu kimi proseslərin qarşısını almaq mümkün olmur”.Ümumiyyətlə ölkədə məmur özbaşınalığı ən yüksək postlarda oturanlara da məlumdur: “Azərbaycanda məmur özbaşınalığının qarşısının alınmamasının bir səbəbi var – cəzasızlıq. Ölkədə cəzasızlıq mühiti hökm sürür. Onlarla, yüzlərlə məmurun heç bir çərçivəyə sığmayan qanun pozuntusu bütün ölkə mətbuatında qeyd olunub. Ölkə rəhbərləri də o faktları etiraf edib. Amma bu vaxta qədər bir nəfər cəzalandırılmayıb.
Nia.az Azadlıq.info üçün
Oxunub: 722