Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli oktyabrın 6-da siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının sədri və Milli Şuranın üzvü Taleh Bağırzadənin ailəsinə baş çəkib. R.Əhmədli bu barədə feysbuk səhifəsində paylaşdığı məlumatda yazır ki, T.Bağırzadənin ailəsini möhkəm görüb və bu, onu fərəhləndirib.
“Anasının, həyat yoldaşının, hətta körpə övladlarının belə mübariz əhval-ruhiyyəsi, qürurlu, dəyanətli duruşları, zülmə qarşı barışmazlıqları içimizi fərəh hissi ilə doldurdu. Ailəsi dünən telefon danışıqları olduğunu, Hacı Talehin bütün mübarizə meydanında olan insanlara salamlarının çatdırılmasını istədiyini bildirdi. Hacı bütün tərafdarlarını 23 sentyabrda olduğu kimi, 7 oktyabrda da daha mütəşəkkil qaydada Milli Şuranın təşkil etdiyi dinc, demokratik mitinqdə fəal iştiraka səsləyib”, – deyə R.Əhmədli yazır.
O, daha sonra T.Bağırzadənin öz tərəfdarlarına ünvanladığı mitinq müraciətini əlavə edib:
“Əziz xalqım! Ey müsəlman bacı və qardaşlarım.
Mən zindandayam, orada, 7 oktyabrda sizinlə bərabər ola bilməyəcəm. Amma əmin olun, mən həm də ordayam. Üzümü məni dəstəkləyənlərə tuturam. Məni dəstəkləmək təkcə məhkəmələrə gəlmək deyil. Məni dəstəkləmək haqq deyənlərin yanında olmaqdır. Bu gün Tale Bağırzadə o meydanda fiziki olaraq yoxdursa da, əminəm ki, sizlər onun yerini dolduracaqsınız. Allahın hüzuruna çıxacağımız gün zalımın zülmünə şərik olmağın cavabını vermək istəmiriksə, zülmlə barışmayıb, 23 senyabrda olduğu kimi, 7 oktyabrda da haqq deyənləri meydanda tək buraxmayaq”.
Oxunub: 280