“Longview Economics”in İcraçı direktoru Chris Watling-ə görə, gələcək 6 – 8 il ərzində alternativ enerji mənbələrinin investorları cəlb etməsilə, neftin qiymətləri daha da düşəcəkdir.
“Marja” xəbər verir ki, Watling, Səudiyyə Ərəbistanının enerji şirkəti “Saudi Aramco”nun 2018-in 2-ci yarısında birjaya çıxmasının (səhmlərinin 10%-i investorlara satılacaq) neft qiymətləri üçün əsas katalizator olacağını qeyd edib. Ekspert, “Neft 10 dollara qədər enmədən əllərini tez tutmalıdırlar” – deyib.
Neftin nəqliyyat sektorundakı payının 70%-ə yaxın olduğunu bildirən Watling, bu mənada elektrikli vasitələrin uzun müddət təsirlərinin kritik əhəmiyyətdə olduğunu vurğulayıb.
Watling gələcək bir neçə ayda neftin qiymətlərində kəskin azalma gözləmədiyini, gələcək 6 – 8 ildə isə neftin barrel qiymətinin 10 dollara düşəcəyini proqnozlaşdırıb.
Bu gün Brent neftin barrel qiyməti 57.40 dollardan, ABŞ xam neft isə 51.50 dollardan ticarət olunur.
Oxunub: 662